son dəqiqə SON DƏQİQƏ

"Araz"a texniki məğlubiyyət verildi

Bölmə adı Region Liqası
Yayımlandı 6-02-2026, 14:54

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.


Sport1.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.


İmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.


"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR