son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Üç komandanın apellyasiya şikayəti təmin edildi

Bölmə adı Region Liqası
Yayımlandı 9-01-2026, 19:48

AFFA Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayətləri təmin edilib.


Sport1.az xəbər verir ki, bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.


Araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə "Ağsu Siti" klubunun təqsiri olmadığı müəyyən edilib. Ötən ilin oktyabrında keçirilməli olan "Ağsu Siti" – "Ağcabədi" qarşılaşmasında təhlükəsizlik (polis) təmin olunmadığı üçün İntizam Komitəsi (İK) meydan sahiblərinə texniki məğlubiyyət verib. İK-nın qərarı ləğv edilib, qarşılaşma isə yenidən keçiriləcək.


"Hacıqabul" klubu tərəfindən verilən apellyasiya şikayəti də təmin edilib. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə bölgə təmsilçisinin təqsiri olmadığı müəyyən olunub. Ötən ilin dekabrında "Ucar"la görüşdə həkim təyin olunmadığından "Ucar" texniki məğlubiyyətlə üzləşmişdi. İntizam Komitəsinin bu qərarı da ləğv olunub və matç yenidən baş tutacaq.


Bu turnirdə çıxış edən "Lokomotiv Baku" da müsbət cavab alıb. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə paytaxt komandasının təqsiri olmadığı müəyyən edilib. İK "Lokomotiv Baku"ya "Crystal"la qarşılaşmaya görə texniki məğlubiyyət vermişdi. Bu qərar da ləğv edilib və oyun yenidən keçiriləcək.

Müəllif: Zafar Hajili