
“Şimal” klubunda yeni məşqçi təyinatı reallaşıb.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi Mehman Səfərovu məşqçilər heyətinə cəlb edib. Mütəxəssis bundan sonra klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Mehman Səfərov son olaraq “Şahdağ Qusar”ın məşqçilər heyətində yer alıb.