son dəqiqə SON DƏQİQƏ
“Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin" AFFA İntizam Komitəsi bu səbəbdən "Neftçi"ni 2000 manat cərimələyib Boksçularımız Gürcüstana yollanıb "Neftçi" hücumçu Alessio Kurçi ilə bağlı qərarını açıqlayıb -

Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kubokunun qalibləri müəyyənləşib

Bölmə adı Avarçəkmə
Yayımlandı 31-01-2026, 20:38

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edib.


Sport1.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparıb.


23 yaşa qədər (U23) gənclərin 2000 metr məsafədə mübarizəsində Ziya Məmmədzadə birinci yer tutub. Nurlan Paşayev ikinci, Elnur Əliyev üçüncü olub.


2008-2009-cu il təvəllüdlü idmançılar arasında Azər İlyasov çempionluq sevinci yaşayıb. Tunar Məmmədzadə ikinci, İsabala Dadaşzadə üçüncü yerə layiq görülüb.


2010-2013-cü il təvəllüdlü idmançıların yarışında Məhəmməd Həsənov məsafəni ən birinci başa vurub. Gümüş medala Ruslan Fərəcov sahib olub. Cavid Həbibli ilk üçlüyü tamamlayıb.


Qızların yarışında ardıcıllıq belə olub. Fatimə Məhərrəmli qızıl, Anna Korobkova gümüş, Fatimə Ələsgərli bürünc medalla mükafatlandırılıb.


Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR