
Dani Alves sabiq həyat yoldaşı Dinora Santana ilə bağlı məhkəməyə müraciət edib.
Sport1.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb. Braziliyalı futbolçu Santana tərəfindən hesablarından 3 milyon avrodan çox vəsaitin mənimsənildiyini iddia edir. Dinora 2013–2023-cü illər aralığında keçmiş müdafiəçinin maliyyə aktivlərini idarə edib.
Məhkəmə Santanadan son 10 ilin maliyyə vəziyyəti ilə bağlı hesabat təqdim etməyi tələb edib. Qarşı tərəfin vəkilləri ittihamları qəbul etmir və bu addımın iki uşaqla bağlı aliment tələbi fonunda qisas xarakteri daşıdığını bildirir.
Qeyd olunur ki, Dinora 130 səhifədən çox yazışma və qəbz təqdim edib, bəzi sənədlərdə isə Alvesin birbaşa pul köçürməsini xahiş etdiyi yer alır. Hesabata görə, izahı tam verilməyən təxminən 127 min avro qalıb, lakin məhkəmə təqdim edilən materialları yetərli saymayaraq əlavə məlumat tələb edib.