son dəqiqə SON DƏQİQƏ
Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək - İdmançılarımız Avropa Çempionatına hazırlığı Gəncədə davam etdirirlər AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - Birinciliyin qalibi müəyyənləşib "Neftçi"dən yubiley qələbəsi Dünya Çempionatı başa çatıb: Yığmamız bu nəticə ilə 4-cü olub Yusif İmanov üçün uğursuz göstərici "Neftçi" bunu 150-ci dəfə bacarıb Günün oyunları: AÇ: Yığmamız Rumıniya ilə üz-üzə "Neftçi" darmadağınla turnir cədvəlinin lideri oldu - Tovuzda qolsuz heç-heçə - Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik”

Mbappenin PSJ ilə bağlı apellyasiya şikayəti rədd edildi

Bölmə adı Fransa
Yayımlandı 12-12-2025, 23:14

Paris Apellyasiya Məhkəməsi “Real”ın hücumçusu Kilian Mbappenin PSJ-nin hesablarının dondurulması ilə bağlı müraciətini rədd edib.

Sport1.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Mbappe məhkəmədən Paris klubundan 55 milyon avro məbləğində bonusların, həmçinin 2024-cü ilin aprel–iyun ayları üzrə maaşının ödənilməsini tələb edirdi. PSJ isə futbolçunun bu məbləğlərdən “Real”a azad agent kimi keçidi ərəfəsində könüllü şəkildə imtina etdiyini iddia edir.

Məhkəmənin qərarına əsasən, Mbappenin iddiası əsassız sayılıb. Bundan əlavə, fransalı hücumçu məhkəmə xərclərini ödəməyə məcbur edilib və Paris təmsilçisinin xərclərinin kompensasiyası üçün 3 min avro cərimələnib.

PSJ-ni təmsil edən vəkil məsələ ilə bağlı bildirib ki, məhkəmə artıq ikinci dəfə Mbappenin klubun hesablarının dondurulması ilə bağlı tələbinin əsassız olduğunu təsdiqləyib. Onun sözlərinə görə, mübahisə hüquqi yox, daha çox etik və qarşılıqlı hörmət məsələsidir.

Qeyd edək ki, Mbappe daha əvvəl də PSJ-nin hesablarının dondurulması ilə bağlı qərar əldə etsə də, bu qərar may ayında ləğv olunmuşdu. Noyabrda futbolçu yenidən apellyasiya instansiyasına müraciət etmiş, dekabrın 9-da isə məhkəmə yekun olaraq Paris klubunun xeyrinə qərar çıxarmışdı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR