"Liverpul"un baş məşqçisi Arne Slot "Brentford"la qarşılaşmadan (2:3) sonra bəzi açıqlamalar edib.
Sport1.az xəbər verir ki, niderlandlı çalışdırıcı hissənin sonlarında hakim tərəfindən verilməyən penalti epizodu haqda danışıb:
"Rəqib ikinci qolu vurmamışdan qabaq, Kodi topla cərimə meydançasına daxil oldu. Həmin anda "Brentford" müdafiəçisi Qakponun birbaşa ayağına təmas edərək topu qazandı. Bundan sonra meydan sahibləri fərqləndi. Lakin hakim penalti qərarı vermədi. Halbuki orda açıq-aşkar qayda pozuntusu var idi. Ən gülməlisi də odur ki, qapımıza 11 metrlik zərbə təyin olunan epizodda Vircilin rəqib oyunçuya etdiyi müdaxilə daha yüngül idi. Lakin referi qərarını əleyhimizə verdi. Bəhanələr tapmaq istəmirəm, amma həqiqətən də hakimin yanlış qərarı gözəçarpan məqam idi".