
Rusiya millisinin və PSJ-nin qapıçısı Matvey Safonovun vəkili futbolçunun keçmiş həyat yoldaşı Anastasiya Kazaçek barəsində məhkəməyə müraciət edib.
Sport1.az xəbər verir ki, “Sport Baza”nın məlumatına görə, Kazaçek dələduzluqda ittiham olunur. İddiada onun məhkəmə xərcləri üçün təxminən 10 milyon rublu qanunsuz şəkildə aldığı bildirilir.
Safonovun vəkili qeyd edib ki, qapıçı indiyədək keçmiş həyat yoldaşına ümumilikdə 90 milyon rubl ödəyib. Xatırladaq ki, cütlük 2021-ci ildə boşanıb, 2025-ci ilin yayında isə Safonov aliment borcunu tam bağlayıb.