
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.
Sport1.az xəbər verir ki, bu barədə “El Chiringuito TV”nin sosial şəbəkə hesabı məlumat yayıb. Portuqaliyalı futbolçu cari mövsüm başa çatdıqdan sonra Premyer Liqa təmsilçisi ilə vidalaşmağı planlaşdırır.
2017-ci ildən “şəhərlilər”in formasını geyinən Bernardo Silva bu müddət ərzində klubun əsas simalarından birinə çevrilib. O, bütün turnirlər üzrə 437 oyunda meydana çıxıb, 73 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb. Xosel Qvardiolanın rəhbərliyi altında yarımmüdafiəçi ümumilikdə 18 titul qazanıb. Bu siyahıya altı Premyer Liqa çempionluğu və UEFA Çempionlar Liqası da daxildir.
Cari mövsümdə “Mançester Siti”nin heyətində 30 matçda iştirak edən Silva 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.