son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında

“Real” Vinisiusu satıb, onu almaq istəyir

Bölmə adı İspaniya
Yayımlandı 27-12-2025, 13:37

“Real” Vinisius Juniorla bağlı mümkün ayrılıq ssenarisinə artıq hazırdır.


Sport1.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı vingerin klubla müqaviləni uzatmaması halında yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Bu variantda əsas namizədlərdən biri PSJ-nin futbolçusu Vitinyadır.


Məlumata görə, Vinisiusun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Razılaşmanın yenilənməməsi halında “kral klubu”nun oyunçunu 2026-cı ilin yayında satmaq ehtimalı var. Madrid klubu bu keçiddən minimum 100 milyon avro gəlir əldə etməyi hədəfləyir və həmin vəsaitin Vitinyanın transferinə yönəldilməsi nəzərdə tutulur.


Bildirilir ki, portuqaliyalı yarımmüdafiəçinin PSJ ilə sözləşməsində 100 milyon avro məbləğində sərbəstqalma bəndi mövcuddur. Futbolçunun keçidə razılıq verməsi halında bu bənd aktivləşdirilə bilər.


Qeyd edək ki, Vitinya cari mövsümdə bütün turnirlər üzrə 23 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR