son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

"Mançester Siti"nin kapitanı klubdan ayrılacaq

Bölmə adı Futbol
Yayımlandı 4-04-2025, 15:49

İngiltərə "Mançester Siti"sinin futbolçusu və kapitanı Kevin De Bruyne mövsümün sonunda klubdan ayrılacaq.

Sport1.az xəbər verir ki, bu barədə belçikalı yarımmüdafiəçinin özü sosial şəbəkə hesabında məlumat yayıb.

"Mənim "Mançester Siti"nin oyunçusu kimi son aylarım olacaq. Bütün futbolçular bunun bir gün baş verəcəyini bilirlər.

Futbol məni Mançesterə gətirdi. Bir xəyalın dalınca gedirdim və karyeramın bu dövrünün həyatımı dəyişəcəyini bilmirdim. Burdaki insanlar mənə hər şey verdilər. Və biz birlikdə bütün kubokları qazandıq.

Ancaq vidalaşmağın vaxtı gəlib. Mançester mənim qəlbimdə əbədi qalacaq. Həmçinin uşaqlarımın pasportlarında da qalacaq. Bu şəhər həmişə bizim evimiz olacaq. Bu, həyatımın ən yaxşı hekayəsi idi", - deyə 34 yaşlı futbolçu yazıb.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O, 10 il ərzində altı dəfə İngiltərə Premyer Liqasını, beş dəfə Liqa Kubokunu, iki dəfə İngiltərə Kuboku və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR