son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Qabon futbolunda xaos: Obameyanq millidən uzaqlaşdırıldı, yığmanın fəaliyyəti dayandırıldı

Bölmə adı Futbol
Yayımlandı 1-01-2026, 18:49

Qabon milli komandasının fəaliyyəti müvəqqəti dayandırılıb.


Sport1.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Qərar Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra ölkə rəhbərliyi tərəfindən qəbul olunub.


Məlumata görə, turnirdən kənarlaşdırıldıqdan sonra Qabon tərəfi milli televiziya vasitəsilə rəsmi bəyanat yayımlayıb. Açıqlamada komandanın çıxışı utancverici kimi qiymətləndirilib. Bununla yanaşı, Pyer-Emerik Obameyanq və Ekele Manqa yığmanın heyətindən kənarlaşdırılıb, məşqçilər korpusu isə tam tərkibdə buraxılıb.


Afrika Millətlər Kubokunda F qrupunda mübarizə aparan Qabon yığması bütün görüşlərdə məğlub olaraq sonuncu pilləni tutub. Son turda Kot-d’İvuarla qarşılaşmada 2:0 hesabı ilə önə çıxmasına baxmayaraq, ardıcıl üç qol buraxan komanda oyunu məğlubiyyətlə başa vurub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR