son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

“The Best” tarixə qovuşur: FIFA yeni mükafat təqdim edəcək

Bölmə adı Futbol
Yayımlandı 31-12-2025, 19:23

FIFA mövsümün ən yaxşı futbolçularına təqdim edilən “The Best” mükafatını ləğv etməyi və yeni fərdi mükafat təsis etməyi planlaşdırır.


Sport1.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Yeni mükafat Dubay İdman Şurası (DSC) ilə tərəfdaşlıq çərçivəsində təqdim olunacaq və bundan sonra FIFA-nın yeganə rəsmi fərdi mükafatı statusunu daşıyacaq.


Bildirilib ki, tərəflər arasında anlaşma memorandumu Dubayda təşkil olunan Ümumdünya İdman Sammiti zamanı imzalanıb. Razılaşmaya əsasən, hər il futbolun ən yaxşı oyunçuları və futbol xadimləri yeni formatda keçiriləcək mərasimdə mükafatlandırılacaq. Sözügedən mükafat yalnız FIFA tərəfindən təqdim edilən rəsmi fərdi mükafat olacaq.


Yeni mükafat üzrə ilk rəsmi mərasimin 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, “The Best” mükafatının son qalibi PSJ-nin hücumçusu Usman Dembele olub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR