son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

“Mourinyo bir dəfə Ronaldonu ağlatmışdı”

Bölmə adı Futbol
Yayımlandı 1-01-2026, 11:18

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç karyerası ərzində çalışdığı məşqçilərlə bağlı fikirlərini bölüşüb və onlar arasında ən sərt olanın adını açıqlayıb.


Sport1.az xəbər verir ki, xorvatiyalı futbolçu Joze Mourinyonun həm məşqçi, həm də insan kimi onun üçün xüsusi fiqur olduğunu bildirib:


“Mourinyo xüsusi şəxsiyyətdir. Həm məşqçi, həm də insan kimi. Məni “Real”a məhz o istədi. Onsuz Madrid klubuna heç vaxt keçə bilməzdim. Təəssüf ki, birlikdə cəmi bir mövsüm işlədik”.


Modriç ən sərt çalışdırıcının kim olması ilə bağlı suala da konkret cavab verib:


“Ən sərt məşqçi Mourinyodur. Mən onun Kriştiano Ronaldonu paltardəyişmə otağında ağlatdığını görmüşəm. Səbəb isə sadə idi – bir epizodda rəqib müdafiəçini izləməməsi. Halbuki Kriştiano meydanda hər zaman özünü tam gücü ilə ortaya qoyan futbolçudur”.


Təcrübəli yarımmüdafiəçi Mourinyonun oyunçularla ünsiyyət tərzinə də toxunub:


“O, futbolçularla çox birbaşa danışır, amma həmişə ədalətlidir. Serxio Ramosla da, gənc futbolçu ilə də eyni cür davranırdı. Nə demək lazım idisə, üzünə deyirdi. Alleqri də bu baxımdan oxşardır. Düzünü demək futbolda əsas prinsipdir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR