son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Emeri “Arsenal”la oyundan sonra Artetanın əlini niyə sıxmadığını açıqladı

Bölmə adı İngiltərə
Yayımlandı 31-12-2025, 12:39

“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Arsenal”a məğlubiyyətdən sonra həmkarı Mikel Arteta ilə niyə əl sıxışmadığını açıqlayıb.


Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının 19-cu turunda baş tutan və London klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra yaranan situasiyaya aydınlıq gətirib.


Emerinin sözlərinə görə, burada hər hansı problem və ya hörmətsizlik olmayıb:


“Təkrar görüntüyə baxın. Oyundan sonra mənim adətim həmişə eynidir: rəqib komandanın baş məşqçisi ilə əl sıxıram, sonra köməkçilərim və futbolçularımla görüşürəm və ya paltardəyişmə otağına yollanıram. Mən gözlədim. Amma o, təbii ki, qələbəyə sevinirdi və öz heyəti ilə birlikdə idi. Mən də getməyi üstün tutdum. Mənim üçün problem deyil. Əgər rəqib məşqçi mənə tərəf gəlmirsə, adətən gözləyirəm. Sadəcə hava çox soyuq idi”.


Qeyd edək ki, qarşılaşmadan sonra Unai Emeri ilə Mikel Arteta arasında əl sıxılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR