son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Azərbaycan kökləri olan tennisçi qərarını açıqladı

Bölmə adı Tennis
Yayımlandı 30-12-2025, 19:20

Rusiyalı tennisçi Anastasiya Həsənova Azərbaycanla bağlılığı və mümkün vətəndaşlıq dəyişikliyi məsələsinə münasibət bildirib.


Sport1.az xəbər verir ki, idmançının ata və baba tərəfi azərbaycanlı köklərə malikdir. Həsənova Rusiya mətbuatına açıqlamasında bu mövzuya aydınlıq gətirib.


Tennisçi bildirib ki, Azərbaycanla əlaqəsi daha çox ailə kökləri ilə bağlıdır və hazırda vətəndaşlığını dəyişmək niyyətində deyil:


“Azərbaycanla bağım əsasən köklərimdən qaynaqlanır. Azərbaycan diasporu mənimlə əlaqə saxlamışdı, amma söhbət vətəndaşlığın dəyişdirilməsindən getmirdi. Sadəcə, ehtiyac yaranacağı halda dəstək göstərməyə hazır olduqlarını bildirmişdilər. Azərbaycan Tennis Federasiyası da bir dəfə mənimlə əlaqə yaratmışdı. Lakin ortaq məxrəcə gələ bilmədik və əməkdaşlıq baş tutmadı. Hazırda vətəndaşlığı dəyişmək barədə düşünmürəm”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR