son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

“FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı”

Bölmə adı Futbol
Yayımlandı 30-12-2025, 14:49

FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatı üçün biletlərin yüksək qiyməti ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.


Sport1.az xəbər verir ki, qurum rəhbəri Dubayda təşkil olunan Ümumdünya İdman Sammitində çıxışı zamanı qiymət siyasətinin turnirin xərclərinin qarşılanması və dünya miqyasında futbolun inkişafına xidmət etdiyini vurğulayıb.


İnfantinonun sözlərinə görə, bilet satışından əldə olunan vəsait birbaşa oyunun qlobal səviyyədə dəstəklənməsinə yönəldilir:


“Əsas məsələ ondan ibarətdir ki, bu gəlirlər yenidən futbolun inkişafına yatırılır. Əgər bu qurum olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı. Dünya Çempionatından əldə edilən gəlirlər hesabına futbol yaşayır və həmin vəsait yenidən oyunun inkişafına sərf olunur”.


Qeyd edək ki, son dövrlərdə bir çox azarkeş DÇ-2026 üçün nəzərdə tutulan bilet qiymətlərinin əvvəlki turnirlərlə müqayisədə xeyli baha olmasından narazılıq edib.


Xatırladaq ki, 2026-cı il mundialı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR