son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Bu federasiya ilin yekunları ilə bağlı tədbir keçirib

Bölmə adı Döyüş
Yayımlandı 30-12-2025, 11:20

2025-ci il Azərbaycan boksçuları yarışlarda 231 medal qazanıblar.


Sport1.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev qurumun bu ilin yekunları və gələn ilki hədəflərə həsr olunmuş tədbirində bildirib.


Tədbirdən əvvəl Federasiyanın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.


Tədbirdə Sahil Babayev idmançılarımızı və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda əldə etdikləri 231 medalın 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.



Federasiya prezidenti rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötən ilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib. Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.



Sahil Babayev cari ildə boksumuzun maddi-texniki bazasının da gücləndirildiyini deyib. Qeyd edib ki, Lənkəranda Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, Gəncə, Qazax və İmişli Olimpiya İdman Komplekslərində boks bölmələri fəaliyyətə başlayıb. Paytaxt və bölgə klublarına, zallara müasir avadanlıqlar, ləvazimatlar verilib. Bölgələrdə boksun inkişafı üçün görülən işlərin müsbət nəticəsi kimi, Şabrandan Xumar Cəfərli U-15, Lənkərandan Qardaş Rəhimov U-17 Avropa çempionatlarında qızıl medallara yiyələniblər.



Federasiya prezidenti Azərbaycan hakimlərinin mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb. O, Boks Federasiyasının, boks üzrə milli komandanın və baş məşqçinin, dünya çempionunun və həkimin Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2025-ci ilin yekunları üzrə müxtəlif nominasiyalarda fərqlənməsini yüksək qiymətləndirib.



2026-cı illə bağlı plan və hədəflərdən bəhs edən Sahil Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya kubokunda, Avropa və dünya çempionatlarında maksimum nəticələrin əldə edilməli olduğunu deyib. O, regionlarda və Bakıdakı klublara, boks zallarına dəstəyin davam etdirilməsini, bir neçə rayonun Olimpiya İdman Komplekslərində də boks bölmələrinin fəaliyyətə başlamasını tapşırıb, görüş iştirakçıların qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrikini və xoş arzularını çatdırıb.


Federasiyasının baş katibi Nağı Səfərovun hesabatından sonra məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. 2025-ci ildə uğur qazanan boksçulara və milli komandaların baş məşqçilərinə təşəkkürnamələr təqdim olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR