son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Kavani futbolçu karyerasını başa vurdu – RƏSMİ

Bölmə adı Futbol
Yayımlandı 29-12-2025, 12:48

Uruqvay futbolunun canlı əfsanələrindən olan Edinson Kavani peşəkar karyerasını başa vurub.


Sport1.az xəbər verir ki, 38 yaşlı hücumçu qərarını şəxsi sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb. Kavani futbola vida etdiyi paylaşımında bu idman növünün onun həyatındakı rolunu xüsusi vurğulayıb:


“Təşəkkürlər, futbol! Məni formalaşdırdın, məndən çox şey istədin, yıxılanda ayağa qalxmağı və atdığım hər addımın dəyərini öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən arzularımı reallaşdırmaq imkanı verdin, həm meydanda, həm də meydandan kənarda möhtəşəm insanlarla tanış etdin. Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası azarkeşlər olmasaydı mümkün olmazdı. Müxtəlif ölkələrdə və klublarda gördüyüm sevgi ömrüm boyu mənimlə qalacaq. Hər məşqdə və hər oyunda əlimdən gələni etdiyimi bilərək bu yoldan rahatlıqla ayrılıram”.


Karyerası ərzində 745 rəsmi oyunda meydana çıxan Kavani 404 qol vurub, 79 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard müxtəlif illərdə “Napoli”, PSJ və “Mançester Yunayted” kimi klubların formasını geyinib. Onun son klubu “Boka Xuniors” olub.


Uruqvay millisinin heyətində də uzun illər çıxış edən Edinson Kavani milli komanda ilə Amerika Kubokunun qalibi adını qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR