son dəqiqə SON DƏQİQƏ
UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ●

Dembele 2025-ci ilin ən yaxşı futbolçusu seçildi

Bölmə adı Futbol
Yayımlandı 28-12-2025, 22:26

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.


Sport1.az xəbər verir ki, fransalı futbolçu bu ada “Globe Soccer Awards” mükafatlandırma mərasiminin nəticələrinə əsasən layiq görülüb. Qaliblər müxtəlif nominasiyalar üzrə səsvermə yolu ilə müəyyənləşdirilir.


Usman Dembele 2025/26 mövsümündə PSJ-nin heyətində bütün turnirlər üzrə 12 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Paris təmsilçisi ilə 2024/25 mövsümündə Fransa çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. Bundan əlavə, Dembele PSJ ilə Çempionlar Liqasının, UEFA Superkubokunun və Qitələrarası kubokun qalibi adını da əldə edib.


Qeyd edək ki, Usman Dembele ilə PSJ arasında mövcud müqavilə 2028-ci ilin 30 iyun tarixinədək qüvvədədir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR