son dəqiqə SON DƏQİQƏ
Karateçilərimizdən Avropa Çempionatında 2 medal ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ●

Rauf Məmmədov 1 milyon avro mükafat fondu olan turnirdə 10-cu sıradadır

Bölmə adı Şahmat
Yayımlandı 28-12-2025, 11:54

Dohada keçirilən rapid və blits üzrə Dünya Çempionatı davam edir.


Sport1.az xəbər verir ki, kişilərin turnirində doqquz turdan sonra Rauf Məmmədov 6,5 xal toplayıb. Azərbaycanlı şahmatçı hazırda ümumi cədvəldə 10-cı sırada yer alıb.


Qadınların turnirində səkkiz turdan sonra azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni 5,5 xalla 21-ci yeri tutan Günay Məmmədzadə göstərir.


Ümumilikdə dünya çempionatında Azərbaycanı 17 şahmatçı təmsil edir. Kişilərin turnirində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abbasov, Məhəmməd Muradlı, Xaqan Əhməd, Riad Səmədov və Murad İbrahimli çıxış edirlər. Qadınların yarışında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayevə, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Mələk İsmayıl iştirak edirlər.


Dohada dünya çempionatı dekabrın 30-dək davam edəcək, turnirin ümumi mükafat fondu isə 1 milyon ABŞ dollarıdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR