
Misli Premyer Liqasının XIV turunda "Zirə" evdə "Qarabağ"la 1:1 hesablı heç-heçəyə razılaşdı.
Matçdan sonra meydan sahiblərinin yarımmüdafiəçisi İsmayıl İbrahimli Sport1.az-a müsahibə verdi...
- Oyun haqda düşüncələrin nələrdir?
- Gərgin görüş keçdi. "Qarabağ"ın gücü hər kəsə bəllidir. Ağır mübarizəli oyun keçdi. Qələbə də qazana bilərdik, amma 1 xal da bizim üçün yaxşı nəticədir.
- "Qarabağ"ın ilk qolunda oyunçularınız hakimə etiraz edirdi...
- Mən də etiraz edən futbolçulardan idim. Lakin hakim artıq öz qərarını vermişdi.
- Bəs səncə, orda qayda pozuntusu var idi?
- Epizodu tam görmədiyimə görə, bir şey deyə bilmərəm.
- Hazırda çempionatın ikinci pilləsindəsiniz. Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Məncə, bunun haqda danışmaq hələ tezdir. Çox istəyərdik ki, çempion olaq. Lakin bunun üçün "Qarabağ"ın xal itirməsi lazımdır. Bildiyim odur ki, bu il çempionatda sona qədər ağır mübarizə gedəcək.
MİKAYIL HACIYEV