“Tottenhem” klubu üç kateqoriya üzrə Avrokubokların finallarında ən pis nəticə göstərib.
Sport1.az “Opta”ya istinadən xəbər verir ki, “Mançester Yunayted”lə qarşılaşmada londonlular cəmi 27,7 faiz topa sahib olub, 115 dəqiq ötürmə edib və qapıya 3 zərbə vurub. Bu, statistik məlumatlar toplanandan bəri avrokubok finalçıları arasında ən pis rəqəmlərdir.
Qeyd edək ki, “Tottenhem” finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək, UEFA Avropa Liqasının qalibi olub.
Sport1.az