Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız daha bir uğura imza atıb.
Sport1.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadədən ibarət kollektiv lentlə hərəkətlər proqramında 22.850 xalla yarışın qalibi olub.
Bu nəticə ilə gimnastlarımız Universiadada ölkəmizə ikinci qızıl medalı qazandırıblar. Qeyd edək ki, ilk qızıl medal komandamız tərəfindən dünən əldə olunub.
Sport1.az