
Bizon Azərbaycan Kubokunun 1/8 finalında “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “Araz-Naxçıvan” mübarizəni dayandırıb.
Sport1.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşüb:
"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.
Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".