son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Mövsümün sonuna kimi yatmaq yoxdur, kimdir məni yatmağa qoyan?" – Tsxadadze

Bölmə adı Kubok
Yayımlandı 4-12-2025, 17:37

“Qəbələ” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şəfa”nı 2:1 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze əvvəlcə oyunla bağlı fikirlərini səsləndirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. "Şəfa" çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız I Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq".

- Son dəqiqələrdə "Şəfa" hücumda oynayırdı. Rəqib sizi müdafiəyə çəkilməyə məcbur edirdi, yoxsa komandada arxayınlıq var idi?

- Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. "Şəfa" Premyer Liqa səviyyəsində komandadır.

- Kubokda "Qəbələ"nin perspektivini necə görürsüz?

- Kifayət qədər optimist yanaşıram. Kubokda da sona qədər mübaarizə aparacağıq.

- Qışda heyəti gücləndirəcəksiz?

- Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik.

- Ardıcıl iki qələbə qazandınız. Bundan sonra rahat yatmaq olar?

- Mövsümün sonuna kimi yatmaq yoxdur. Kimdir məni yatmağa qoyan?

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR