son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Biz Azərbaycan futboluna töhfə verməyə çalışırıq" – "Şəfa"nın baş məşqçisi

Bölmə adı Kubok
Yayımlandı 4-12-2025, 17:16

“Şəfa” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ”yə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında I Liqa təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli əvvəlcə görüşlə bağlı fikirlərini səsləndirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Qəbələ"ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridir. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdır. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer Liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədir ki, əks-hücumda oynayırıq. Çünki I Liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir".

- "Şəfa" legioner transfer etməyən azsaylı komandalardandır. Premyer Liqaya yüksələ bilsəz, bu siyasət davam edəcək?

- Premyer Liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik.

- Yalnız azərbaycanlı futbolçularla oynamaq çətin olmayacaq?

- I Liqaya uyğun yaxşı komandamız var. Premyer Liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik.

- "Sumqayıt", "Şamaxı" bu təcrübəni həyata keçirdi, amma uğurlu olmadı. Qorxmursuz ki, bu, sizdə də belə alınar?

- Razıyam sizinlə. Biz Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR