son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Qarabağ"a qarşı hücum futbolu oynamaq çətindir" – Füzuli Məmmədov

Bölmə adı Kubok
Yayımlandı 3-12-2025, 21:19

“Karvan-Yevlax” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında komandanın məşqçisi Füzuli Məmmədov əvvəlcə oyunla bağlı fikirlərini səsləndirib, ardından jurnalistlərin suallarını cavablandırıb:

"Gərgin oyun oldu. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir fubtolçuya təşəkkür edirəm. Uduzduq. "Qarabağ"a qalib gəlmək çətindir. Kubokda mübarizəni dayandırdıq, bundan sonra çempionata köklənəcəyik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq".

- Niyə çempionat oyunundakı ssenari təkrarlandı?

- Təhlil etmişdik. Hər oyundan qabaq və sonra həm rəqibi, həm də özümüzü təhlil edirik. Səbəb aydındır. Futbolçularımız fiziki cəhətdən tam hazır deyillər. Məşqlərdə çox əzmkarlıq göstərirlər. "Qarabağ"a qarşı oynamaq çətin olur. 80-ci dəqiqədən sonra bir az yorğunluq hiss edilir. Onda da səhvlər yaranır. "Qarabağ"ın futbolçuları da kiçik səhvlər edir.

- Sizin gəlişinizdən sonra müdafiədə intizam hiss olunur. "Qarabağ"la oyunlar sizə ümid verir?

- "Qarabağ"a qarşı hücum futbolu oynamaq çətindir. Məcbur edirlər ki, müdafiə olunasan. Oyunçularım əzmkarlıq göstərirlər. Oyun intizamını sona qədər qorumağa çalışdılar. Hər matçda müdafiə olunmayacağıq. Epizodumuz da var idi. Əgər "Qarabağ"a qarşı epizodun varsa, dəyərləndirməlisən. 

- Büdcə imkan verir ki, qışda heyəti gücləndirəsiniz?

- Mütləq güclənməliyik. Qarşıda 3 oyunumuz var. Bütün diqqətimiz həmin oyunlaradır. İmkandan yararlanmağa çalışacağıq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR