son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

“Hər iki komanda növbəti mərhələyə layiq idi” – Kaşkilya

Bölmə adı Kubok
Yayımlandı 3-12-2025, 17:36


“İmişli” bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”la üz-üzə gəlib.

Sport1.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, əlavə vaxtda isə daha bir qol buraxan bölgə təmsilçisi 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra komandanın baş məşqçisi Xorxe Kaskilya mətbuat konfransı keçirib.

Portuqaliyalı mütəxəssis komandasının göstərdiyi pressinqi və matçın ümumi gedişini belə dəyərləndirib:

“Meydanda iki gözəl komanda var idi. Çox rəqabətli oyun keçdi. İlk hissədə yaxşı “İmişli” var idi. Meydançanın hər yerində çox gözəl pressinq edirdik. İlk hissədə yaxşı çıxış etsək də, qolumuzu tapa bilmədik. “Sabah”ı isə təbrik edirəm. Çox yaxşı ev tapşırığından sonra qapımıza yol tapdılar. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, bir komanda mübarizəsini davam etdirməlidir. Ona görə də, “Sabah”ı təbrik edirəm.

Biz bu iki matçda məğlub olsaq da, rəqabətli, mübarizəli oyunlar keçirdik. Növbəti matçlara hazırlaşacağıq. Keçən konfransda da bildirmişdim ki, oyunçu almaq, komandanı gücləndirmək istəyirik. Amma qış “transfer pəncərəsi” çox çətin keçir. Biz “Sabah”, “Qarabağ” kimi finans komanda deyilik. Çalışacağıq yeni oyunçular transfer edək. Amma çox çətin olacaq”.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR