son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Dambrauskas: “Penalti epizodu barədə danışmaq istəmirəm”

Bölmə adı Kubok
Yayımlandı 3-12-2025, 17:46

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah” səfərdə “İmişli”ni 2:1 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Valdas Dambrauskas oyunla bağlı fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə rəqib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissə o qədər də yaxşı çıxış etmədik. İkinci hissə rəqibin təhlükəli epizodlar yaratdılar. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi "Neftçi"yə qarşı vacib matç gözləyəcək".

- Qapınıza təyin edilən penaltinin təkrarına baxmısız? Orada top futbolçunuzun əlinə dəymişdi?

- Siz gördünüz? Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən "yanıram". Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim leyhimizə penalti göstərə bilərdilər. Hakimlər fərqli qərarları verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik.

- "Sabah"ın finala çıxmaq, kubokun qalibi olmaq şansını necə dəyərləndirirsiz?

- Bu mövsüm yeni mövsümdür. Yeni baş məşqçisi var klubun. Bir faiz belə, kubokda gələcəkdə nələr olacağını fikirləşmirəm. İndi qarşıdan gələn "Neftçi" oyununu, ondan sonra "Turan Tovuz" oyununu düşünürəm. Məni daha çox qarşıdan gələn görüşlər maraqlandırır. Sabahkı məşq bu dəqiqə mənim üçün daha önəmlidir. "Neftçi"yə qarşı ağır oyunumuz olacaq.

- "Sabah" "Neftçi" ilə oynayacaq. Siz kubok matçını onlardan bir gün sonra keçirmisiz. Bu məqam rəqibə üstünlük verə bilər?

- Mən bunu dəyişə bilərəm? Xeyr. Mən daha çox öz nəzarətim altında olanları dəyişmək istəyərdim. Vəzifəm uşaqları oyuna daha yaxşı adaptasiya edim.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR