son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Dünən qərar verdim ki, bu barədə danışmayacam" – Ayxan Abbasov

Bölmə adı Kubok
Yayımlandı 3-12-2025, 16:50

“Şamaxı” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

"Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq".

- Oyunu çox sakit izləyirdiz. Sanki qələbəyə arxayın idiz...

- Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.

- Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?

- I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.

- Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiz. Dünən Kurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?

- Dünən qərar verdim ki, bu barədə danışmayacam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik.

- Növbəti mərhələdə rəqibinizin "Qarabağ", yoxsa "Karvan-Yevlax" olmasını istəyərdiz?

- "Karvan-Yevlax"ı istəyərdim.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR