son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Bu, nə komandamıza, nə mənə, nə də özünə yaraşan bir hərəkətdir" – Rəşad Sadıqov

Bölmə adı Kubok
Yayımlandı 2-12-2025, 22:15

"Zirə” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi. Maraqlı oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyundan həzz alırdım. Çox yaxşı komplektləşmiş komandaya qarşı oynayırdıq. Futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə bərabər səviyyədə oyun getdi, ondan sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq".

- İssa Cibrillanı niyə əvəzlədiz? 

- Əvvəlcədən plan var idi ki, İssa başlasın, sonra Junior oyunu gücləndirsin. "Kəpəz"lə yaxşı oynamışdı Oyuna əvvəlcədən başlasaydı, 55-60-cı dəqiqədə fiziki düşmüş olardı. Özü ilə bu barədə danışmışdıq. İssanı dəyişməyə ürəyim gəlmirdi. Amma zədədən yeni çıxıb. Orada sağlamlığını düşündüm. İnsan sağlamlığı daha önəmlidir. O da effektiv oldu.

- Junior Martins qol vurduqdan sonra rəqib azarkeşləri qıcıqlandırdı. Bu, Rəşad Sadıqovun futbolçusuna yaraşan hərəkət deyildi... 

- Görmədim. Edibsə, səhv edib. Nə komandamıza, nə mənə, nə də özünə yaraşan bir hərəkətdir. Rəqib futbolçuları, azarkeşləri qıcıqlandırmaq doğru deyil. Mütləq şəkildə bu barədə tədbir görəcəm.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR