son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Neftçi"nin məşqçisi kimdən üzr istədi?

Bölmə adı Kubok
Yayımlandı 2-12-2025, 21:52

“Neftçi” Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə”yə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra “ağ-qaralar”ın məşqçisi Sənan Qurbanov əvvəlcə oyun barədə fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik, bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm".

- Cordan Rezabalanın meydana daxil olması üçün komanda qol buraxmalı idi?

- Oyun elə gedirdi ki, dəyişiklik etmək çətin idi. Orta xətdən oyunçu çıxarmaq istəmirdik. İkisi də yaxşı oynayırdı. Qol buraxdıqdan sonra Rezabalanı meydana buraxdıq.

- Bassala Sambu cinahda effektli deyildi. Niyə yenə onu eyni bu mövqedə oynatdız?

- "Zirə" cinahlarda daha təhlükəlidir. Sambu işgüzar futbolçudur. Sarı vərəqə aldı, dəyişdik. Qorxduq ki, 10 nəfərlə qalarıq.

- "Neftçi"nin uğursuzluğunun səbəbi nədir? Varqasa məşqlərdə deyilir ki, futbol komanda oyunudur? 

- Komanda yığılanda orada deyildim. Yaxşı futbolçulardan ibarətdir komandayıq. Tanıdığım, bildiyim oyunçuları meydana buraxdım. Biz iclasları daha çox edirik. Əlbəttə deyirik ki, komanda kimi hücum edib, müdafiə olunmalıyıq. Düzdür, top itkisindən sonra qol buraxdıq. Üzücü məqamdır. Çempionata köklənməkdən başqa yolumuz yoxdur. Ümid edirəm ki, "Neftçi" çempionatda məğlubiyyətə son deyəcək və uğur qazanacaq.

- Komandada psixoloji cəhətdən eniş yaşanır. Bunu necə aradan qaldıracaqsız?

- Qeyri-stabillik var. Tovuz səfərində komanda pis təsir bağışlamadı. Bu gün də pis deyildi. Psixoloji durumumuz o qədər pis deyil. Bir qələbə, bir pozitivlik komandaya çox kömək edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR