
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Sport1.az xəbər verir ki, B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və “Mladost” stadionunun yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.
Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.