Qazaxıstanda böyüklər arasında güləş üzrə Dünya Çempionatına start verilib.
Sport1.az xəbər verir ki, ilk yarış günündə 4 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.
Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) finala vəsiqə qazanıb.
Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzub.
Mundial noyabrın 1-də başa çatacaq.
Azərbaycan turnirdə 23 güləşçi ilə təmsil olunur.