
“İnter Mayami”nin futbolçusu Jordi Alba Lionel Messinin “Kamp Nou”ya səfəri barədə danışıb.
Sport1.az xəbər verir ki, argentinalı ulduzun yenilənmiş arenanı ziyarət edib şəkillər paylaşması Kataloniya mətbuatında onun mümkün qayıdışı ilə bağlı söz-söhbətləri artırsa da, Alba bu mövzuda fərqli fikir bildirib.
İspan müdafiəçi Messinin səfərindən xəbərsiz olduğunu deyib:
“Şəxsən mən yalnız şəkil çəkdirmək üçün “Kamp Nou”ya getməzdim. Amma hamımızın o stadionla bağlı açarlarımız var. Xüsusilə illərlə orada çıxış edənlərin. Messi? Onun həmin fotoları çəkdirdiyini heç bilmirdim”.