
“Barselona” vitse-prezidenti Elena Fort klubun yenilənmiş “Kamp Nou” stadionunun Lionel Messinin adını daşıması ilə bağlı ortaya çıxan təklifi rədd edib.
Sport1.az xəbər verir ki, o, “Cadena SER”ə açıqlamasında bu ideyanın gündəmdə olmadığını bildirib:
“Onun adını əbədiləşdirmək üçün çox sayda başqa və daha effektiv yollar var”.
Məlumat üçün qeyd edək ki, İspaniya mətbuatında “Kamp Nou”nun Messinin şərəfinə adlandırılması ilə bağlı fikirlər səslənmişdi.
Messi 2000–2021-ci illər arasında “Barselona”nın sistemində çıxış edib və klub tarixinin ən yaxşı bombardiri olaraq 778 oyunda 672 qol vurub. O, kataloniyalılarla birlikdə 7 dəfə “Qızıl top” qazanıb.