
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsanın yaxın zamanda postunu tərk edə biləcəyi iddia olunur.
Sport1.az “Pasesuruguay”a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis yaxın günlərdə Uruqvay Futbol Assosiasiyasının (AUF) rəhbərliyi ilə görüşərək gələcək planlarını müzakirə edəcək. Məlumata görə, qurum Byelsanın komandada qalacağına tam əmin deyil.
Qeyd edək ki, Uruqvay yığması DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsini 28 xalla 4-cü pillədə tamamlayaraq mundiala birbaşa vəsiqə qazanıb. Turnir gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.