
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanın mövsüm sonunda klubdan ayrılmaq ehtimalı getdikcə real görünür.
Sport1.az xəbər verir ki, X sosial şəbəkəsində tanınmış insayder Nikolo Skira portuqaliyalı futbolçunun yeni müqavilə ilə bağlı “şəhərlilər”lə anlaşma əldə etmədiyini bildirib. Silvanın sözləşməsinin uzadılması istiqamətində danışıqlar nəticəsiz qaldığından 31 yaşlı yarımmüdafiəçi yayda azad agent kimi ayrılmağa yaxınlaşır.
Skiranın məlumatına görə, artıq bir neçə aparıcı Avropa klubu Silvanın nümayəndələri ilə ilkin təmas yaradaraq gələn mövsüm üçün müqavilə təklifi irəli sürüb.
Qeyd edək ki, Bernardu Silva cari mövsümdə Premyer Liqada 11 matçda 2 qol ötürməsi ilə yadda qalıb. Çempionlar Liqasında isə onun aktivində 4 oyun və 1 qol var.