
Fransa Peşəkar Futbol Liqası (LFP) son çempion PSJ ilə ölkə kubokunun sahibi “Marsel” arasında keçiriləcək Superkubok matçının tarixini və məkanını açıqlayıb.
Sport1.az xəbər verir ki, qarşılaşma 8 yanvar 2026-cı ildə Küveytin paytaxtı Əl-Küveytdəki “Caber əl-Ahmed” stadionunda təşkil olunacaq. Arenanın tutumu təxminən 60 min tamaşaçı təşkil edir.
Qeyd edək ki, Fransa Superkuboku 2009-cu ildən ölkə xaricində keçirilir. Bu müddətdə oyunlar Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada baş tutub. Siyahıya indi Küveyt də əlavə edilir.