PSJ-dən ayrıldı, Qətər klubuna keçdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 7-09-2025, 22:51

"Qətər" klubu fransalı futbolçu Presnel Kimpembeni transfer edib.

Sport1.az xəbər verir ki, bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçinin yeni komandası ilə imzaladığı müqavilə 2026-cı ilin yayına qədərdir.

Presnel Kimpembe PSJ-nin yetirməsidir. O, bunadək Paris təmsilçisindən başqa heç bir klubda çıxış etməyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR