
Rusiya Futbol İttifaqı DÇ-2026-ya vəsiqə qazana bilməyən yığmalar üçün paralel turnir yaratmaq ideyası üzərində işləyir.
Sport1.az xəbər verir ki, “365scores”un məlumatına görə, bu yarış Dünya Çempionatı ilə eyni vaxtda keçirilə bilər və əsas məqsəd FIFA-nın sanksiyalarının ləğvinə nail olmaqdır. Mənbə iddia edir ki, sanksiyalar götürülsə, Rusiya yığması DÇ-2030-un seçmə mərhələsində iştirak etmək imkanı qazanacaq.
Xatırladaq ki, Rusiya millisi 2022-ci ildən bəri rəsmi turnirlərdə iştirak etmir. DÇ-2026 isə 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq.