son dəqiqə SON DƏQİQƏ
"İmişli" "Şamaxı" ilə üz-üzə gəlir, "Qarabağ" səfərdə "Sabah"a qarşı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ●

Santuş açıqladı: "Qarabağ"ın bu futbolçuları bir daha milliyə çağrılmayacaqlar?

Bölmə adı Milli / Manşet
Yayımlandı 31-03-2025, 20:10

Azərbaycanın Haitiyə 0:3 uduzduğu yoxlama görüşündə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydanı tərk etdi

Sport1.az xəbər verir ki, sosial şəbəkə hesablarında "Qarabağ"ın üzvünün bir daha yığmaya çağrılmayacağı ilə bağlı məlumatlar dolaşır.

Daha bir informasiya isə Şahruddin Məhəmmədəliyevlə bağlıdır. Yazılanlara inansaq, qolkiper zədəli deyilmiş. O Fernandu Santuşla mübahisə etdiyi üçün yığmadan kənarlaşdırılıbmış. Bu səbəbdən də bir daha yığmaya dəvət olunmayacaqmış

Millinin baş məşqçisi Fernandu Santuş məsələlərlə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib:

"Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahrudin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin “Futbolçunu cəzalandıracaqsınızmı”, - sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: “Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq”. Mən həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR