“Yuventus” klubunun yeni baş məşqçisi Lukano Spaletti təyinatdan sonra ilk açıqlamasını verib.Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına danışarkən “qoca sinyora”nın tarixi və potensialı barədə fikirlərini bölüşüb:
“Yuventus” kimi klubun bir hissəsi olmaq möhtəşəm hissdir. Bu komandanı zirvəyə qaytarmaq istəyim çox böyükdür. İqor Tudoru yüksək dəyərləndirirəm, onun peşəkarlığını və iş prinsipini yaxşı tanıyıram. Buna görə də yaxşı formalaşmış bir komanda ilə işləyəcəyimə inanıram”.
Spaletti bildirib ki, komandada böyük potensial görür və qarşıya qoyulan məqsədlərə çatmaq üçün hücum futbolunun vacibliyini vurğulayıb:
“Qələbə qazanmaq üçün qol vurmaq əsasdır. Hücum futbolu vacib keyfiyyətdir, amma ən başlıcası — birlikdə oynayan komanda olmaqdır. Əminəm ki, burada bəzi şeyləri daha da təkmilləşdirə bilərik”.