son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Bölgə təmsilçisinin baş məşqçisindən acı etiraf: "II Liqa klubunun kubokda hansı iddiası ola bilər?"

Bölmə adı Kubok
Yayımlandı 31-10-2025, 15:56

"Bizon Azərbaycan Kuboku"nda ll təsnifat mərhələsinin oyunları keçirildi.

Sport1.az xəbər verir ki, "Karvan-Yevlax" - "Şəki" görüşündə yevlaxlılar əlavə vaxtda əzmkar qələbə (3:1) qazandı.

Matçla bağlı bölgə təmsilçisinin baş məşqçisi Elvin Həsənov saytımıza açıqlamasında bunları söylədi:

"ll Liqa təmsilçisinin kubokda hansı iddiası ola bilər? Ən yaxşı halda bir-iki mərhələ keçmək və əzmkarlıq sərgiləmək. Buna rəğmən, oyuna ciddi hazırlaşmış, rəqibin güclü-zəif tərəflərini təhlil etmişdik. Yevlax təmsilçisi matça yaxşı başladı. Onlar təzyiq göstərməklə erkən qol vurdular. Bizim isə ilk yarıda cəmi 2 qol imkanımız oldu. Onlardab yararlana bilmədik. Buna rəğmən, son saniyəyə kimi xarakter sərgilədik və 90+8-ci dəqiqədə çoxlarının gözləmədiyi halda hesaba tarazlıq gətirdik. Matçın taleyini əlavə vaxta daşıdıq. Rəqibin heyətində 7-8 legioner var idi. Hesab 1:1 olandan sonra meydan sahibləri əsas heyət oyunçularını meydana buraxdı. Bu, işimizi çətinə saldı. Buna rəğmən, yenə xarakter göstərməyə davam etdik. Əlavə vaxtın ilk yarısında da dəqiqə baş ağrısı olduq. Amma ikinci yarıda yevlaxlılar iki qol vuraraq matçın taleyini həll etdilər. Hesab edirəm ki, yorğunluq, təcrübəsizlik və gücümüzün tükənməsi də oyuna təsirsiz ötüşmədi. ll Liqa klubu olaraq sensasiya etmək istəyirdik. Məğlub olsaq da, əzmkarlıq, döyüşkənliyimizlə sensasiya etdiyimizi düşünürəm. Bu matç çempionatdakı oyunlarımız üçün yaxşı motivasiya olacaq. Qarşımızda çempion olmaq hədəfi var və bütün diqqətimizi buna yönəldəcəyik".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR