son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Əsl kubok oyunu idi"

Bölmə adı Kubok
Yayımlandı 28-10-2025, 21:06

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “İmişli” - “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etdi.

Sport1.az[/b] xəbər verir ki, qarşılaşmadan sonra Premyer Liqa təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bölüşüb:

[b]“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.

Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR