PFL və “Avrora Qrup” arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətinizə çatdırmışdıq.Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olacaq. Yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək.
Redaksiyamıza tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə bağlı informasiya daxil olub. Anlaşmaya əsasən, şirkət 2025/26 mövsümündə Azərbaycan Kubokunun titul sponsoru olması üçün 70 min manat ödəyib.
Məlumatı dəqiqləşdirmək üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Yəqin ki, bu tərz tədbirlərlə bağlı eşitdiyiniz şablon ifadəni mən də təkrarlamalı olacam. Maliyyə məsələsi konfidensialdır. Tərəflər arasında anlaşmaya əsasən açıqlaya bilmərik. Konkret rəqəmi deyə bilməsəm də, onu qeyd edə bilərəm ki, sizin dediyiniz rəqəm doğru deyil. Ola bilər ki, uzun müddətli fasilədən sonra anlaşma əldə olunduğuna görə belə məlumat yayılıb. Qarşılıqlı güzəştlər edilib, amma bu rəqəm reallığı əks etdirmir”.