son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Azərbaycan Kubokunun qalibinə mükafat veriləcək? - RƏSMİ AÇIQLAMA

Bölmə adı Kubok
Yayımlandı 27-10-2025, 15:30

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında Azərbaycan Kuboku üçün sponsorluq müqaviləsi imzalanıb.

Sport1.az xəbər verir ki, bundan sonra turnir "Bizon Azərbaycan Kuboku" adlanacaq. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev tədbir haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bu, həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdir. Hər iki tərəfin peşəkarlığı bu anlaşmada önəmli rol oynadı. Bu yöndə bir neçə qurumla danışıqlar olmuşdu. Amma danışıqlar müəyyən mərhələdən sonra dayanırdı. "Avrora Qrup"dan tam peşəkar yanaşma gördük. Ceyhun bəyin dediyi ki, onun da futbol oynaması bu addımda rol oynadı. Çox sevinirik. Uzun müddətdən sonra turnirin sponsoru olacaq, "Bizon Azərbaycan Kuboku" adlanacaq. Bu, bizim üçün də, qarşı tərəf üçün də önəmlidir. Azərbaycan futbolu üçün xeyirli olsun".

- Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?
- Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I Liqa və II Liqa ilə bağlı da planlarımız var. Danışıqlarımız davam edir. Ümid edirəm ki, burada gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik.

- Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?
- Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, "Bizon" tərəfində seçiləcək. Media nümayəndələri ilə bağlı da planlarımız var. Böyük vədlər verib yalançı çıxmayaq. Amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

- "Bizon" şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?
- Qalibə pul mükafatının ayrılması planda yoxdur. Bu, həm bizim üçün, həm də "Bizon" üçün bir sınaqdır, ilkin mərhələdir. Uzunmüddətli ola bilər. Burada qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidir. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR