İspaniya / Çempionlar Liqası
13:44
23.10.2025
46
"Real Madrid"in baş məşqçisi Xabi Alonso "Yuventus"la (1:0) oyundan sonra danışıb.
Sport1.az xəbər verir ki ispaniyalı çalışdırıcı qələbəni belə izah edib:
"Güclü rəqiblə oynayacağımızı bilirdik. İlk hissə bizim üçün çox çətin keçdi. Lakin ikinci 45 dəqiqənin əvvəllərində hesabı açdıqdan sonra rahatladıq. Oyundan zövq almağa çalışdıq. Əla performans göstərdik. Bir neçə şansımız olsa da, yararlana bilmədik.
Təcrübəli mütəxəssis qapıçı Kurtua haqda bu fikirləri səsləndirdi:
"Çətin anlarda xilasımıza çatan qapıçımız olduğuna görə şanslıyıq. Bu gün 3 xalı qazandıq. Qol buraxmadıq və turnirə yüz faizlik nəticə ilə davam edirik. Xoşbəxtik.