son dəqiqə SON DƏQİQƏ
"İmişli" "Şamaxı" ilə üz-üzə gəlir, "Qarabağ" səfərdə "Sabah"a qarşı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ●

“Kayzerslautern”in prezidenti Mahir Emreliyə söz verib - MÜSAHİBƏ

Bölmə adı Milli / Manşet
Yayımlandı 14-10-2025, 09:21

Dünən DÇ-2026-nın seçmə mərhələsində Ukrayna Azərbaycanı 2:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra millimizin üzvü Mahir Emreli jurnalistlərin suallarını cavablandırdı...

- İki oyunu müqayisə edək. Fransa ilə matçda və bu qarşılaşmada nələr yaşandı?
- Fransa ilə oyunda müdafiəyə meyilli oynadıq. Rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Onların gücü, səviyyəsi bəlli idi. Bizdən qat-qat güclü rəqiblər belə onlara qarşı çətinlik çəkir. Bugünkü oyunda sevindirici məqam reaksiyamız idi. Bu gün motivasiyamız var idi, xal qazanmaq istəyirdik. Millidə ölkəsini sevməyən futbolçu yoxdur. Sistem də doğru olanda mübarizəmiz alınır.

– Fransa ilə oyundakı çıxışına görə çox tənqid olundun. Bu gün də buna görə ehtiyatda qalmışdın?
– Peşəkar futbolda məşqçi tənqidlərlə dəyişiklik etmir. Ayxan Abbasov da belə biri deyil. Əvvəldən düşünürdüm ki, Fransa ilə oyuna daha çox təcrübə lazımdır. Hər futbolçu da bu oyunda əlindən gələni etdi. Bəlkə də, tənqidlərə də pozitiv yanaşmaq lazımdır. Fransa ilə oyunda 45 dəqiqə rəqibə real şans vermədik. Artıq inanırdıq ki, xal ala bilərik. Lakin rəqibin keyfiyyəti oyunun taleyini həll etdi.

– İki oyunda cəmi dəqiq iki zərbə oldu. Belə vəziyyətdə qələbə şansı necədir?
– Başa düşürəm, belə məqamlara da diqqət edirsiniz. Neçə ildir, futbol oynayıram, media ilk neqativə baxır. Bir şeyi də nəzərə alaq ki, bu, Ayxan müəllimin üçüncü oyunudur. İgidi öldür, haqqını yemə. Ukraynaya qarşı oyunda onlarla fərq hiss olunmadı. Yeni məşqçi, sistem var. Birlikdə çox vaxt keçirməmişik.

- İslandiya Fransa ilə heç-heçə oynadı. Bu haqda nə deyə bilərsən?
- Fransa və İslandiya kimi komandalar illərdir birlikdə oynayırlar. İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə başa-baş mübarizə apara bilərik.

- Öz komandanda 6 qarşılaşmada meydana çıxmamağının səbəbi nədir?
- Almaniyaya döndüyümdə “Kayzerslautern” klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orda öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR